featured-image-44544

“Arsenal” İngiltərə Premyer Liqasının XXVII turunda “Şeffild Yunayted”i darmadağın edib (6:0).

Msport.az xəbər verir ki, bu, London klubu üçün əlamətdar olub.

Belə ki, “topçular” bu qarşılaşmada ümumilikdə 10 min qol həddinə çatıblar. Komanda Premyer Liqada ardıcıl 7-ci qələbəsini də qazanıb.

Qeyd edək ki, hazırda 61 xalla üçüncü pillədə qərarlaşan “Arsenal” lider “Liverpul”dan 2 xal geri qalır.

Bənzər xəbərlər