Yunanıstan klubunun qapıçısı məhkəmə qarşısında
Yunanıstanın “Volos” klubunun qapıçısı Boris Kleyman azyaşlı qızı zorlamağa cəhddə və narkotiklər saxlamaqda ittiham olunur.
Msport.az xəbər verir ki, israilli futbolçu aprelin 11-də Yunanıstandakı barların birində belçikalı xanıma qarşı seksual hərəkətlər edib.
Kleyman orda komanda yoldaşlarından biri ilə olub. Qapıçı saxlanılarkən onun üzərindən narkotik maddələr tapılıb.
İlk məhkəmə iclasından sonra oyunçu 20 min avro qarşılığında zaminə buraxılıb. Ona YunanıstanI tərk etmək qadağası qoyulub.
Qapıçı ittihamları rədd edir. O, könüllü surətdə DNK-test verib ki, günahsız olduğunu sübut etsin. Nəticələr iki həftə ərzində məlum olacaq.
Kleymanın 32 yaşı var. O, İsrail yığmasında 1 oyun keçirib.
ANAR ABDULLAYEV







