Yurgen Klopp: "Azarkeşlərə görə çox üzgünəm, onlardan üzr istəyirəm"
“Liverpul”un baş məşqçisi Yurgen Klopp pis nəticələrə görə, azarkeşlərdən üzr istəyib. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis vəziyyəti düzəldəcəyinə söz verib:
“Azarkeşlərə görə, çox üzgünəm, çünki onlar bizdən gözlədikləri nəticələri ala bilmədilər. Onlardan üzr istəyirəm. Mənim üçün ötən il və ya ondan əvvəl nə etmişik, fərqi yoxdur. Başımıza gələnlərə görə, 100 faiz məsuliyyət daşıyıram. Əlbəttə, bu yaxşı hal deyil.
Bilirəm ki, hərdən emosiyalarını ifadə etmək istəyirsən. Bizim haqqımızda da çoxlu neqativ rəylər olur və bunu başa düşürəm. Lakin mən stadiona gələn azarkeşlərimizə təşəkkür edirəm, onlar inanılmazdırlar.
Siz görürsünüz ki, digər klublarda pis nəticələr ucbatından təkcə məşqçi istefaları baş vermir. Rəhbərliyin komanda ilə konflikti olur və ya azarkeşlərin komanda ilə münasibətləri pisləşir. Mən bunların hamısını görmüşəm.
Bizim klub isə belə vəziyyətlərdən yaxşı çıxa bilir”.
ANAR







