Yurgen Kloppa təklif
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi postuna Yurgen Kloppa namizəd kimi baxır.
Msport.az xəbər verir ki, klub bir neçə mütəxəssisi nəzərdən keçirir, amma əsas hədəf almaniyalı çalışdırıcını komandaya gətirməkdir.
“Əl-İttihad”ın sabiq baş məşqçisi Loran Blan Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turunda “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzduqdan sonra istefaya göndərilmişdi.
Qeyd edək ki, Klopp 2015–2024-cü illərdə “Liverpul”u çalışdırıb. Almaniyalı mütəxəssis “qırmızılar”la Çempionlar Liqası və İngiltərə Premyer Liqasının qalibi olub. 2024-cü ildə isə klubdan ayrılıb.