featured-image-60251

“Qarabağ” Rumıniya klublarından daha çox maaş verir.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias UEFA Avropa Liqasında keçiriləcək “Qarabağ” – FCSB oyunundan əvvəl “Prosport.ro” saytına açıqlamasında deyib.

29 yaşlı müdafiəçi Rumıniyanın heç bir klubunun orta hesabla belə məvacib təklif etmədiyini söyləyib:

“Qarabağ” bu ölkədə çıxış etsə, çempionluq uğrunda mübarizə apara bilər. Ötən mövsüm ikinci yerlə 25 xal fərqləri var idi. Çox balanslı heyətə malikdirlər”.

Braziliyalı oyunçu “Qarabağ” – FCSB matçına da toxunub: “Meydan sahibləri normal səviyyədə oynasa, qonaqlar üçün heç-heçə əldə etmək belə çətin olacaq. FCSB də Avropada yaxşı oyun sərgiləyir. Amma bilməlidirlər ki, burada onları asan qarşılaşma gözləmir. “Qarabağ” son 10 ildə Avropada adından söz etdirib. Ölkənin ən tarixi, böyük klubu “Neftçi”dir, lakin son dönəmlərdə rəqibimiz dominantlıq edir. Bir çox oyunçuları 5-6 ildir ki, birlikdədirlər. Baş məşqçiləri 17 ildir ki, işinin başındadır. Meydana kimin girməsindən asılı olmayaraq bütün futbolçular nə etməli olduqlarını bilirlər”.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Bənzər xəbərlər