featured-image-33551

Millimizin hücumçusu Musa Qurbanlının yeni komandası “Yurqorden” növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Stokholm təmsilçisi İsveç çempionatının 15-ci turu çərçivəsində “Malmö”nü qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Yurqorden”in heyətində Oskar Fallenius və Haris Radetinak fərqlənib.

Qeyd edək ki, Musa və Feliks Banın işçi vizaları hazır olmadıqları üçün matçda forma geyinməyiblər.

“Yurqorden” 16 oyundan sonra 30 xalla 4-cü yeri tutur və lider “Elfsborq”dan 6 xal geri qalır.

Bənzər xəbərlər