featured-image-46357

“Yuvnetus” “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonu transfet etməyə yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçuya artıq rəsmi təklif göndərilib. Tərəflər arasında artıq şifahi razılıq əldə olunub, yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.

30 yaşlı oyunçunun Roma klubu ilə müqaviləsi iyunun 30-da başa çatır.

“Transfermarkt”ın qiymətləndirməsinə görə, Andersonun təxmini transferi 10 milyon avrodur.

Braziliyalı vinger bu mövsüm bütün turnirlərdə 43 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər