featured-image-20841

“Yuventus” əsas heyətin 5 vacib oyunçusu ilə vidalaşa bilər. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubu bir və ya bir neçə futbolçunu satıb komandanı gücləndirmək haqqında düşünür.

“Yuve” rəhbərliyi müdafiəçilər Aleks Sandro və Xuan Kuadrado, həmçinin yarımmüdafiəçilər Adrian Rabyo ilə Ueston Makkenini satmağın əlehinə deyillər. Bundan başqa, PSJ-dən icarəyə götürdükləri Leandro Paredeslə də müqaviləni uzatmaq istəmirlər.

Adıçəkilən bütün futbolçuların gedişi az ehtimal olunur. Amma bəzi oyunçularla vidalaşmaq üçün variantlar axtarılır.

31 yaşlı Sandro və 34 yaşlı Kuadrado 2015-ci ildən “Yuventus”da çıxış edirlər. 27 yaşlı Rabyo 2019-dan Turin klubunun formasını geyinir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər