featured-image-30353

İtaliya A seriyasında 36-cı tura yekun vurulub. Msport.az xəbər verir ki, “Yuventus” səfərdə “Empoli”nin qonağı olub. Hesabından 10 xal silinən Turin klubu “Empoli” ilə matçda daha bir şokla üzləşib. Qonaqlar oyundan 1:4 hesabı ilə məğlub ayrılıblar.

“Roma” isə doğma divarlar arasında “Salernitana”nı məğlub edə bilməyib – 2:2.

“Napoli” çempionluğunu çoxdan rəsmiləşdirib. “Latsio” 68 xalla 2-ci yeri tutur. “İnter”in 66, “Milan”ın 64 xalı var. “Atalanta” 5-ci (61 xal), “Roma” 6-cı (60 xal) yeri tutur. Hesabından 10 xal silinən “Yuventus” 59 xalla 7-ci pillədədir.

İtaliya A seriyası 

36-cı tur 

“Roma” – “Salernitana” 2:2

Qollar: El Şeeravi, 47, N. Matiç, 83 – A. Kandreva, 12, B.Dia, 54

“Empoli” – “Yuventus” 4:1

Qollar: F.Kaputo, 18-pen, 48, S.Luperto, 21, R.Pikkoli,90+3 – F.Kyeza, 85

 

Bənzər xəbərlər