featured-image-42718

İngiltərənin “Sauthempton” klubunun futbolçusu Karlos Alkaras karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, argentinalı yarımmüdafiəçi “Yuventus”a transfer olunur. O, bu gün tibbi müayinədən keçəcək.

Turin klubu oyunçunu icarəyə götürüb və onu 35 milyon avroya almaq hüququna malikdir.

Bənzər xəbərlər