featured-image-29376

İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Yuventus” səfərdə “Atalanta”nı üstələyib – 2:0.

Msport.az xəbər verir ki, Berqamoda keçirilən matçın hesabını 56-cı dəqiqədə Semuel Aylinq açıb. Əsas vaxtın əlavə edilmiş 7-ci dəqiqəsində isə Duşan Vlahoviç ikinci topu ev sahiblərinin qapısından keçirib.

Bu qələbədən sonra “Yuventus” xalını 66-ya çatdıraraq 2-ci pilləyə yüksəlib. Atalanta isə 58 xalla 6-cı sırada qərarlaşıb.

İtaliya A seriyası

34-cü tur

“Atalanta” – “Yuventus” 0:2

Qollar: Aylinq, 56, Vlahoviç, 90+7

Royal Türksoy

Bənzər xəbərlər