featured-image-63623

“Bavariya” “Bornmut”un müdafiəçisi Din Höysenin transferi ilə bağlı danışıqlar aparır.

Msport.az xəbər verir ki, Münhen klubu 19 yaşlı ispaniyalıya 5 illik müqavilə təklif etməyə hazırdır.

Danışıqların yaxın günlərdə başlaması gözlənilir. Ancaq Almaniya nəhəngi bu mübarizədə tək deyil. Çünki futbolçuya “Real”, “Çelsi” və “Mançester Yunayted” də maraq göstərir.

Qeyd edək ki, mövsümün əvvəlində “Yuventus”dan alınan Din Höysenin “Bornmut”la müqaviləsi 2030-cu ilə qədərdir.

Bənzər xəbərlər