“Yuventus” “Bolonya”nın futbolçusunu istəyir
İtaliya millisinin və “Bolonya”nın vingeri Rikkardo Orsolini komandasını dəyişməyə hazırlaşır.
Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Yuventus”a keçə bilər. Turin klubunun baş məşqçisi Tyaqo Motta “Bolonya”dan yaxşı tanıdığı yarımmüdafiəçini sərəncamında görmək istəyir.
Transferin qışda reallaşacağı gözlənilir. Tərəflər arasında danışıqlar başlayıb və ilkin razılıq əldə olunub. “Askoli” və “Atalanta”da oynamış Orsolini 2019-cu ildən “Bolonya”da çıxış edir. O, 2017-2019-cu illərdə “Yuventus”a məxsus olsa da, bir oyunda meydana çıxmayıb.
Rikkardonun “Bolonya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.