featured-image-45309

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Massimiliano Alleqri ilə yollarını ayıra bilər.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi bu posta bir neçə mütəxəssisin namizədləyini nəzərdən keçirir.

Bunlar “Bolonya”nın sükanı arxasında olan Tyaqo Motta, “Fiorentina”da işləyən Vinçenzo İtaliano və “Montsa”da çalışan Raffaele Palladinodur.

Alleqrinin müqaviləsi 2025-ci ildə başa çatır. Lakin sözləşməyə vaxtından əvvəl də xitam verilməsi mümkündür. Onun taleyi cari mövsümün nəticələrindən asılıdır.

Bənzər xəbərlər