featured-image-24707

“Yuventus” rəhbərliyi qapı xəttinə Canluici Donnarumanın namizədliyini müzakirə edib.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubunun hazırkı qolkiperi Voyçex Şçensniyə “Tottehem” başda olmaqla bir çox komandalar maraq göstərir. Polşalı futbolçunun “Yuve”dəki taleyi klubun avrokuboklara vəsiqə qazanmasından asılıdır. 32 yaşlı qapıçının müqaviləsi 2024-cü ilin yayına kimidir.

Turində hazırda Donnarumanın adı hallanır. Lakin klubda heç də hər kəs bu ideyanı dəstəkləmir. Həm də problem ondadır ki, “Yuventus” xərcləri azalda bilər.

“Qoca sinyora” Donnaruma variantı alınmasa, “Empoli”nin qapıçısı Qulyelmo Vikarionun namizədliyini nəzərdən keçirə bilər. 26 yaşlı italiyalı futbolçunun əməkhaqqısı azdır. Bu isə “Yuventus”un yeni maliyyə siyasətinə uyğun gəlir.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər