featured-image-53213

İtaliyanın “Yuventus” klubunda yeni müqavilə imzalanıb.

Msport.az xəbər verir ki, Turin təmsilçisi Ueston Makkenninin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Amerikalı dayaq yarımmüdafiəçisi 2026-cı ilin yayına kimi “ağ-qaralar”a məxsus olacaq.

Qeyd edək ki, “Yuventus” Ueston Makkennini 2020-ci ilin sentyabr ayında “Şalke”dən transfer edib. ABŞ millisinin üzvü olan 25 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 134 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər