featured-image-38824

İtaliyanın “Yuventus” klubu futbolçusu Manuel Lokatelli ilə müqavilənin müddətini uzatmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat verib.

Onun sözlərinə görə, Turin təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır. Yeni sözləşmənin 2028-ci ilin yayınadək olacağı gözlənilir.

Qeyd edək ki, Lokatelli cari mövsüm 9 matçda meydanda olub, bir qol və məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Bənzər xəbərlər