featured-image-38939

“Yuventus” futbolçusu Federiko Qatti ilə müqavilənin müddətini uzadıb.

Msport klubun saytına istinadən xəbər verir ki, italiyalı müdafiəçi ilə sözləşmə 30 iyun 2028-ci ilə qədər artırılıb.

25 yaşlı oyunçu Turin təmsilçisində ildə 1,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Qatti 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. O, bu mövsüm A seriyasında 7 oyunda meydana çıxıb.

Bənzər xəbərlər