“Yuventus”da yeni müqavilə
İtaliyanın “Yuventus” klubu futbolçusu Qleyson Bremer ilə müqavilənin müddətini uzadıb.
Msport.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Bremer cari mövsüm 17 oyunda 1 qolla yadda qalıb.







