“Yuventus”dan 10 milyon avroluq transfer
“Yuventus” “Volfsburq”un müdafiəçisi Maksens Lakrua uğrunda “Milan”la mübarizə aparacaq.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçu üçün hərəkətə keçib.
Onlar Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Lakruaya görə 10-15 milyon avro ödəmək niyyətindədir.
Bu mövsüm fransalı Bundesliqa və Almaniya kubokunda 26 oyun keçirib, 3 qol vurub.
23 yaşlı mərkəz müdafiəçisi “Soşo” yetirməsidir. O, 2020-ci ildə “Volfsburq”a keçib.