“Yuventus”dan 30 milyon avroluq təklif
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio bildirib.
Onun sözlərinə görə, 22 yaşlı vinger “Yuventus”la danışıq aparır.
Turin təmsilçisi oyunçu üçün 30 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Qrinvud ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib.