“Yuventus”dan “Ayaks”a
“Yuventus” müdafiəçisi Daniele Ruqanini yenə komandada saxlamayacaq.
Msport.az xəbər verir ki, turinlilər 30 yaşlı futbolçunu bu dəfə Niderlanda göndərir.
Çünki “Ayaks”ın İtaliya millisinin sabiq üzvünü icarəyə götürmək istəyi qəbul edilib. Danışıqlar müsbət məcrada davam edir. Ruqaninin bu həftə ərzində “Ayaks”a icarəyə verilməsi gözlənilir. Ancaq amsterdamlıların onu birdəfəlik transfer etmək hüququ olmayacaq.
Qeyd edək ki, 2013-cü ildən “Yuventus”a məxsus olan Daniele Ruqani müxtəlif illərdə “Empoli”, “Renn” və “Kalyari”də icarə əsasında oynayıb.