“Yuventus”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
“Yuventus”dan ayrılan braziliyalı futbolçu Aleks Sandronun yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ölkəsinin “Flamenqo” komandasında çıxış edəcək.
Onun müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Sandro azad agent kimi bu kluba keçib.
Qeyd edək ki, oyunçu 2015-ci ildən Turin təmsilçisinin formasını geyinib.