featured-image-52731

İtaliyanın “Yuventus” klubu polşalı qapıçı Voyçex Şesni ilə vidalaşıb.

Msport.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan 34 yaşlı qolkiperin yeni klubu müəyyənləşmək üzrədi.

Polşa millisinin üzvü İspaniya La Liqasında çıxış etməyə hazırlaşır. O, “Vilyarreal”la danışıq aparır. “Vilyarreal” rəhbərliyinin fikrincə, Şesni əsas qapıçı Dieqo Konde ilə rəqabət aparmağa qadirdi.

Qeyd edək ki, Voyçex Şesni 2017-ci ildən bəri “Yuventus”un formasını geyinib. O, bu müddət ərzində bütün turnirlərdə 252 oyunda iştirak edib, 103 dəfə qapısının toxunulmazlığını qoruyub.

Bənzər xəbərlər