“Yuventus”dan İngiltərə Premyer Liqasına
Ueston Makkenni “Yuventus”dan İngiltərənin “Lids” klubuna keçib. Msport.az xəbər verir ki, amerikalı yarımmüdafiəçi “Lids”də mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Daha sonra klub onun transfer hüquqlarına yiyələnə bilər. “Lids” icarəyə görə, “Yuventus”a 1,2 milyon avro ödəyəcək.
24 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada oynayacaq.
Makkenni cari mövsümdə A serinyasında 15 oyunda 1 qol vurub.
ANAR ABDULLAYEV







