“Yuventus”dan Poqba ilə bağlı qərar
İtaliyanın “Yuventus” klubu dopinqə diskvalifikasiya olunmuş futbolçu Pol Poqbanın müqaviləsini ləğv edə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” nəşri məlumat yayıb.
Turin təmsilçisinin rəhbərliyi yarımmüdafiəçi ilə əməkdaşlığa son qoymağa meyillidir. Onlar fransalı oyunçunun cəzasının ləğv edilmə ehtimalının az olduğunu düşünürlər.
Qeyd edək ki, Poqbanın sözləşməsi 2026-cı ilin yayınadək qüvvədədir. 31 yaşlı yarımmüdafiəçi fevralın 29-da 4 il müddətinə cəzalandırılıb.