featured-image-64483

“Yuventus” hücumçusu Arkadiuş Miliklə yeni müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, Turin klubu polşalı forvardın 2026-cı ilin yayında başa çatacaq sözləşməsinin müddətini daha 1 il uzadıb.

31 yaşlı forvard bu mövsüm zədə səbəbindən heç bir oyunda iştirak etməyib.

Qeyd edək ki, “Yuventus” Miliki “Marsel”dən 8 milyon avroya transfer etmişdi.

Bənzər xəbərlər