featured-image-21023

İtaliya Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Montsa” ilə oyun “Yuventus” üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, Turin təmsilçisi rəqibi üzərində 2:1 hesablı qələbə qazanmaqla yeni rekorda imza atıb.

Belə ki, ardıcıl 16-cı dəfə ölkə kubokunda 1/4 finala adlayan “qoca sinyora” bu baxımdan turnirin rekordçusudur. “Yuve” sonuncu dəfə 2006/07 mövsümündə İtaliya B seriyasında çıxış edərkən ölkə kubokunda 1/8 final səddini aşa bilməyib.

“Yuventus”un 1/4 finalındakı rəqibi ardıcıl 12-ci dəfə bu mərhələdə iştirak hüququ əldə edən “Latsio” olacaq. Komandaların görüşü fevralın 1-də Romada baş tutacaq.

Bənzər xəbərlər