featured-image-44960

Klublararası dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

Msport.az xəbər verir ki, İtaliyanın “Yuventus” komandası 2025-ci ildə keçiriləcək mundialda iştirak edəcək.

Buna “Napoli”nin Çempionlar Liqası ilə vidalaşması səbəb olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3.

Bununla da “Yuventus” UEFA reytinqinə “Napoli”ni qabaqladığı üçün dünya çempionatında oynamaq imkanı qazanıb. Turin təmsilçisi bu hüquqa sahib çıxan 10-cu Avropa klubudur.

Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq. “Vidad” (Mərakeş), “Əl-Əhli” (Misir), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava” (Yaponiya), “Çelsi”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Real” (İspaniya), “Bavariya”, “Borussiya” D (hər ikisi Almaniya), PSJ (Fransa), “İnter”, “Yuventus” (hər ikisi İtaliya), “Porto”, “Benfika” (hər ikisi Portuqaliya), “Monterrey”, “Leon” (hər ikisi Meksika), “Sietl” (ABŞ), “Oklend” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya) mundiala vəsiqə qazanıb.

Bənzər xəbərlər