“Yuventus” dünya çempionu ilə müqaviləni uzatmayacaq
PSJ-nin icarə əsasında “Yuventus”da çıxış edən yarımmüdafiəçisi Leandro Paredes yayda İtaliya klubunu tərk edəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, argentinalı futbolçu yenidən Paris klubuna qayıdacaq.
“Yuventus” Paredesin transfer hüquqlarına yiyələnmək istəməyib. Bu səbəbdən də 28 yaşlı oyunçu PSJ-yə dönməli olacaq. Fransa klubu yarımmüdafiəçi barədə qərar verəcək.
Paredes bu mövsüm PSJ və “Yuve”də 20 oyun keçirib və 2 məhsuldar ötürmə verib. O, Argentina millisinin heyətində Qətərdə dünya çempionu olub.
ANAR ABDULLAYEV







