“Yuventus” fransalı hücumçunu istəyir
İtaliyanın “Yuventus” klubu yeni futbolçu transfer etmək istəyir.
Msport.az xəbər verir ki, Turin təmsilçisi PSJ-nin hücumçusu Randal Kolo-Muani ilə yaxından maraqlanır.
Parislilər də bu keçidin əleyhinə deyil. Çünki komandanın baş məşqçisi Luis Enrike onu ixtiyarında görmək istəmir. Bu mənada, Kolo-Muani “Yuventus”a keçməyə çox yaxındı.
Turin klubu ən pis halda 26 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.