“Yuventus” futbolçusuna qiymət qoydu
İtaliyanın “Yuventus” klubunun futbolçusu Bremer yayda komandadan ayrıla bilər.
Msport.az xəbər verir ki Turin təmsilçisinin rəhbərliyi 26 yaşlı oyunçunu ən azı 75 milyon avroya ayrılmağa hazırdır.
Qeyd olunur ki, braziliyalı futbolçu üçün “Real”, “Arsenal” və “Mançester Yunayted” mübarizə aparır.
Bremer 2022-ci ilin yayında 44 milyon avroya “Torino”dan “Yuventus”a keçib. Bu mövsüm müdafiəçi klubun heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 2 qol vurub. Onun Turin klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.







