“Yuventus” futbolçusunu icarəyə verdi
İtaliyanın “Yuventus” klubunun futbolçusu Tiaqu Calo karyerasını Portuqaliyada davam etdirəcək.
Msport.az cəbər verir ki, 24 yaşlı müdafiəçi “Portu”ya icarəyə verilib.
Onun müqaviləsi 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Calo çarpaz bağın yırtılması səbəbindən cəmi bir oyun keçirib. Müdafiəçi 2024-cü ilin yanvarında “Lill”dən Turin klubuna keçib.