“Yuventus” futbolçusunu “Roma”ya icarəyə verdi
İtaliyanın “Yuventus” klubunun futbolçusu Din Hyusen karyerasını “Roma”da davam etdirəcək.
Msport.az xəbər verir ki, 18 yaşlı müdafiəçi icarə əsasında paytaxt təmsilçisinə keçib.
Qeyd edək ki, niderlandlı oyunçu 2021-ci ildən Turin klubunun uğurları üçün çalışır.