“Yuventus” forvardı ilə müqaviləni uzadır
İtaliyanın “Yuventus” klubu futbolçusu Duşan Vlahoviçlə müqavilənin müddətini uzadacaq.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi hücumçu ilə danışıqları yekunlaşdırır.
Yeni sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Serbiyalı forvardın məvacibi 7,5 milyon avrodan 10 milyona yüksələcək. O, bir mövsüm sonra 12 milyon avro qazanacaq.
Qeyd edək ki, 2022-ci ildə “Fiorentina”dan transfer olunan forvard hazırki mövsümdə 25 oyunda 15 dəfə fərqlənib.