“Yuventus” kubokla vidalaşdı - VİDEO
İtaliya Kubokunda 1/4 final mərhələsi başa çatıb.
Msport.az xəbər verir ki, son cütdə “Yuventus” “Empoli”ni qəbul edib.
Turindəki qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq oynayan “Empoli” (4:2) kubokun son qalibini mübarizədən kənarlaşdırıb.
“Empoli” yarımfinalda “Bolonya”ya rəqib olub. Digər cütdə isə Milan derbisi baş tutacaq və “Milan”la “İnter” qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 2-də keçiriləcək.