“Yuventus” Kyezanı satmağa hazırdı
Federiko Kyeza bu yay “Yuventus”u tərk edəcək.
Msport.az xəbər verir ki, buna səbəb italyan futbolçunun maaşının 5 milyon avrodan 8 milyona qaldırılmasını istəməsidir. Turin təmsilçisi 25 yaşlı futbolçunun agentinə 40 milyon avroluq təklif gələcəyi təqdirdə satmağa hazır olduğunu bildirib.
Kyezanın “Yuventus”la müqaviləsi 2025-ci ilə qədərdir. O, 2020-ci ildən “qoca sinyora”nın şərəfini qoruyur.
Qeyd edək ki, Kyeza son mövsüm ərzində keçirdiyi 33 matçda 4 qol və 6 assistlə fərqlənib.
Royal Türksoy







