featured-image-47653

“Yuventus”un futbolçusu Ueston Makkenni İtaliya klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 25 yaşlı ABŞ-dan olan yarımmüdafiəçi Turin təmsilçisi ilə daha birillik müqaviləsinin olduğunu bildirib.

“Agentlərim “Yuventus”la yeni müqavilə ilə bağlı danışıqlar aparır. Mən həqiqətən də burada qalmağa, oynamağa davam etdmək istəyirəm. Bu komandada xoşbəxtəm”.

Qeyd edək ki, oyunçu cari mövsüm 36 oyunda 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər