featured-image-23634

“Nant”ın baş məşqçisi Antuan Kombuare “Yuventus”la Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, fransalı mütəxəssis mərhələni keçmək üçün əllərindən gələni edəcəklərini deyib:

“Turində biz qəhrəmanlıq etdik. İndi isə Avropa Liqasında növbəti mərhələyə keçmək istəyirik. “Yuventus” favoritidir, bu komandanı dünyanın ən yaxşı məşqçilərindən biri Alleqri çalışdırır. Onlar belə oyunlara öyrəşiblər. Bizim itiriləcək heç nəyimiz yoxdur. “Yuventus” mübarizəni dayandırsa, gülüş obyektinə çevriləcək. Biz isə əksinə klubun əfsanəsi ola bilərik.

“Yuventus” heyətində Di Mariya kimi çempionları olan top-klubdur. Argentinalı oyunçu birinci görüşdə meydanda ən yaxşılardan idi. Ümid edək ki, o, bu dəfə daha zəif çıxış edəcək”.

Xatırladaq ki, “Yuventus”la “Nant” arasında ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər