featured-image-48599

İtaliyanın “Yuventus” klubu futbolçusu Daniel Ruqani ilə müqavilənin müddətini uzadıb.

Msport.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yeni sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü bu mövsüm 17 oyuna 3 qol vurub. 2013-cü ildən “Yuventus”un üzvü olan Ruqani müxtəlif vaxtlarda “Empoli”, “Renn” və “Kalyari”də icarə əsasında çıxış edib.

Bənzər xəbərlər