“Yuventus” onunla vidalaşır
İtaliyanın “Yuventus” klubunda Aleks Sandronun taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi mövsümün sonunda İtaliya klubundan ayrılacaq.
Turin təmsilçisi Aleks ilə müqaviləni uzatmamağa qərar verib. 33 yaşlı müdafiəçi yayda Braziliyaya qayıtmağı planlaşdırır. Onun xidmətində bir neçə klub maraqlıdır.
Qeyd edək ki, Sandro 2015-ci ildən “Yuventus”un formasını geyinir.