featured-image-60915

“Yuventus” yayda Viktor Osimheni transfer etmək istəyir. Msport.az xəbər verir ki, Turni klubu nigeriyalı futbolçunun nümayəndələri ilə artıq şifahi razılığa gəlib.

İtaliya təmsilçisi Duşan Vlahoviçi satıb, əvəzində Osimhenə görə 70-75 milyon avro avro ödəməyə hazırdır. Hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən 26 yaşlı forvard yenidən A seriyasına qayıtmaq istəyir. Qeyd edək ki, o, İstanbul təmsilçisinə “Napoli”dən gəlmişdi.

Bu mövsüm bütün turnirlərdə 21 matçda forma geyinən hücumçu 17 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” onu 75 milyon avro dəyərləndirir.

Bənzər xəbərlər