featured-image-32088

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Yuventus” qanalı futbolçunu transfer etmək imkanını nəzərdən keçirir. 30 yaşlı futbolçunun özü də bu transferə müsbət yanaşır.

Turin təmsilçisi Tomasın transferi üçün “Arsenal”a 20 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Parti 2020-ci ildən “topçular”ın şərəfini qoruyur. O, son mövsüm ərzində 40 oyunda iştirak edib və 3 qola imza atıb.

Royal Türksoy

Bənzər xəbərlər