featured-image-49223

İspaniyanın “Real” klubunun qapıçısı karyerasını İtaliya təmsilçisi “Yuventus”da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Bildirilir ki, Lunin hazırda gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməli, yoxsa komandanı tərk etməli olduğunu haqda düşünür. Belə ki, futbolçu müntəzəm oyun təcrübəsinin olmasını istəyir.

Ukraynalı qolkiperin agenti olan Jorje Mendeşin artıq onun üçün yeni klub axtarışlarına başladığı vurğulanır. Luninlə “Yuventus”dan başqa PSJ və “Mançester Siti” də maraqlanır.

Qeyd edək ki, ötən mövsüm Lunin bütün turnirlərdə 31 matçda iştirak edib, 12 matçda qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Bənzər xəbərlər