featured-image-47425

İtaliyanın “Yuventus” klubu apreldə çıxarılan məhkəmə qərarından şikayət etmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

Turin təmsilçisi keçmiş hücumçusu Kriştianu Ronaldunun koronavirus pandemiyası səbəbindən almadığı 9,8 milyon avro maaşı ödəməyə borcludur.

“Yuventus”un belə bir məhkəmə qərarı ilə razılaşmadığı vurğulanıb.

Portuqaliyalı forvard 2018-2021-ci illərdə İtaliya klubunda çıxış edib.

Bənzər xəbərlər