featured-image-41310

“Toronto”nun futbolçusu Federiko Bernardeski “Yuventus”a qayıda bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira şəxsi sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi Turin təmsilçisinə qayıtmaq istəyir və maaşında ciddi endirim etməyə hazırdır. “Yuventus” oyunçunun mümkün keçidini nəzərdən keçirir, lakin, bu, qış transfer dönəmində komanda üçün prioritet deyil.

Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ilin iyulundan 2022-ci ilin iyulunadək İtaliya klubunda çıxış edib.

Bənzər xəbərlər