featured-image-21108

İtaliya A Seriyası rəhbərliyi tərəfindən ağır cəzaya məruz qalan “Yuventus”, hesabından 15 xal silinməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanata görə, “qoca sinyora” apelyasiya şikayəti verəcək:

“Yuventus” tərəfi qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir”.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri də komandanın 15 xaldan məhrum edilməsindən sonra Turin klubunun növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq şansını dəyərləndirib:

“Onlar mənə doqquz xal itirə biləcəyimizi deyəndə, mövsümün sonunda Çempionlar Liqasına düşmək şanslarımızı anlamaq üçün hesablamalar apardım. Son qərar gələndə yenidən saymağa başladım. Çempionlar Liqasına düşə bilməyimiz üçün qeyri-adi bir şey etməliyik”.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.

Bənzər xəbərlər