featured-image-47573

“Yuventus” türkiyəli futbolçusu Kənan Yıldızla müqavilənin müddətini uzadacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Mənbənin sözlərinə görə, hücumçu qışda Dortmund “Borussiya”sından təklif alsa da, Turin klubu bundan imtina edib və forvardla danışıqlara başlayıb.

Yıldızın İtaliya komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni anlaşmaya əsasən müqavilə daha bir il uzadılacaq və oyunçunun əməkhaqqı 3 dəfə artırılacaq.

19 yaşlı Kənan 2023-cü ilin martında “Bayern”dən “Qoca sinyora”ya keçib. O, bu mövsüm bütün turnirlərdə 35 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər