featured-image-47020

“Yuventus”un futbolçusu Adrian Rabyu İngiltərəyə yollanmağa hazırdır.

Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, fransalı “Mançester Yunayted” və “Nyukasl”ın transfer siyahısındadır.

Fransa millisinin üzvü Turin klubunu tərk edərək, “Mançester Yunayted”lə anlaşmaq istəyir.

O, “qırmızı şeytanlar”ın rəsmiləri ilə danışıb və onlarla ilkin razılıq əldə edilib.

29 yaşlı yarımmüdafiəçi 2019-cu il iyul ayından “Yuventus”da oynayır. Onun müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.

Bənzər xəbərlər