“Yuventus”u Premyer Liqa klubuna dəyişdi
“Yuventus” yarımmüdafiəçisi Duqlas Luisi icarəyə göndərib.
Msport.az xəbər verir ki, 27 yaşlı oyunçu “Nottingem Forest”ə keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək. “Nottingem Forest” futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, Duqlas Luis daha əvvəl – 2017-2024-cü illərdə İngiltərədə “Mançester Siti” və “Aston Villa”da çıxış edib.